Bakı Nəqliyyat Agentliyinə "Allah bəlanızı versin!" deyən aparıcı Xəzər TV-dən uzaqlaşdırıldı

Baxış sayı:
17548

Aparıcı Zümrüd Bədəlova Bakı Nəqliyyat Agentliyini tənqid edib. Axşam.az xəbər verir ki, buna zəmin yaradan isə onun idarə etdiyi avtomobilin saxladığı yerdən aparılmasıdır. Zümrüd hadisədən sonra sosial media hesabında quruma qarğış dolu status yazıb:

"Allah sizin bəlanızı versin. Hansı qanunda indi maşını yerindən tərpədirlər, ay insafsızlar? Duxunuz çatırdı qabağındakı bahalı maşını da aparardınız. Sizi görüm elə hala düşəsiniz ki, əziziniz öləndə onu aparmağa maşın tapmayasınız. BNA – qanunsuz, iş bilmədən millətin pulunu yeyənlər!".

Criminal.az saytının əldə etdiyi məlumata görə, Z.Bədəlova yazdığı tənqidi statusa görə artıq Xəzər TV-dən uzaqlaşdırılıb. Özünü aparıcının köməkçisi kimi təqdim edən şəxs isə açıqlama vermək istəmədi: "Mən məsləhət bilmirəm Zümrüd xanım sizinlə danışsın..."

Xatırladaq ki, Z.Bədəlovanın tənqidi statusu ilə bağlı yazılmış bütün məqalələr artıq saytlardan sildirilib.