​Bakı metrosunda qorxulu anlar - VİDEO

Baxış sayı:
8902

Bu gün axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxs metronun "Neftçilər" stansiyasında qatar yoluna atılıb. Stansiya yolunda hərəkət edən şəxs yalnız polisin müdaxiləsindən sonra platformya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hadisə 18:26 radələrində qeydə alınıb. Stansiya işçiləri müvafiq təlimat qaydalarına uyğun addım atıb, təmas relsindən gərginlik çıxarılıb. Polis vətəndaşı çıxarıb".