Bakı metrosunda qatarların hərəkəti ləngiyir – Səbəb

Buna səbəb qatarlardan birində nasazlıq yaranmasıdır
 
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Report"a bildirib ki, hadisəyə səbəb "Həzi-Aslanov" - "İçəri Şəhər" istiqamətində hərəkət edən 11 saylı qatarda nasazlıq yaranmasıdır.
"Qatarın nasaz olması ümumi xətdə qatarların ləngiməsinə gətirib çıxarıb. Yaxın saatlarda bu problem aradan qaldırılacaq", - o qeyd edib.