Bakı metrosunda həyəcan - Sərnişinlər vaqonlardan təxliyə olundular - RƏSMİ

Baxış sayı:
386

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.

Bu barədə sərnişinlər baku.ws-in “qaynar xətt”inə məlumat veriblər.

Bildirilir ki, səhər saatlarında metronun “Gənclik”, “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişin sıxlığı yaranıb. Eyni zamanda “Nərimanov” stansiyasında qatarda nasazlıq yaranıb və sərnişinlər vaqonlardan boşaldılıblar.

Məsələ ilə əlaqədar "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov baku.ws-ə bildirib ki, bu gün səhər 7:35də bir qatar Nərimanov stansiyasından texniki baxış məqsədilə depoya göndərilib.

Qatarda nasazlıq ehtimalı olub. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub.