Bakı metropoliteninin polis rəisi işdən çıxarıldı - NAZİR ƏMR VERDİ

Baxış sayı:
1069

Bakı Metropoliteni polis idarəsinin rəisi, polkovnik Samir Hüseynov vəzifəsindən uzaqlaşdırılıb.

Muxalifet.az xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanından məlumat verilib.

Mayın 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Hüseynov sərəncama göndərilib. Hələlik bu vəzifəyə heç kim təyin olunmayıb.

S.Hüseynov son beş ildə metroda asayişin qorunması işlərinə rəhbərlik edib. Bundan əvvəl o, Yasamal Rayon Polis İdarəsində rəis müavini vəzifəsində çalışıb.