“Bakı Metropoliteni” niyə 55 milyon zərər edib? - İQTİSADÇIDAN ŞƏRH

Baxış sayı:
10795

“Bakı Metropoliteni” QSC 2018-ci ili 54 milyon 871 min manat zərər ilə başa vurub.

Muxalifet.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, metronun bu günə yığılmış cəmi zərəri 426 milyon 610 min manata çatıb:

“Bakı Metrosu 2018-ci ildə büdcədən 48 milyon 800 min manat subsidiya alıb. 2017-ci ildə büdcədən 45 milyon manat subsidiya almışdı.

Metroda gediş haqqı 20 qəpikdən 30 qəpiyə qaldırıldı, büdcədən hər il böyük həcmdə dotasiya alır, amma qurum hələ də zərərlə işləyir. Çünki dövlət biznesdə ən zay oyunçudur, xərclər süni şəkildə artırılır, korrupsiya sxemləri qurulur, çünki nəzarət yoxdur. Yoxlayın, görün metro rəhbərləri adı işıq lampasını neçəyə alıb, rəsmiləşdirir.

Bakının seçilmiş meri olmalıdlr ki, bütün nəqliyyat sektoru şəhərin balansına keçsin və sonra da seçilmişdən hesabat tələb etməyə imkan yaransın. İndi təyin olunmuş təyin edənin xoşuna gəlməyə çalışır deyə Bakı əhlinin fikri onun heç vecinə də deyil”.