Bakı meriyası Milli Şuraya yenə "YOX" DEDİ

Baxış sayı:
6463

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 20-nə təyin edilən mitinqinə icazə verməyib.
Muxalifet.az xəbər verir ki, bu barədə BŞHİ-dən modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edək ki, Milli Şuranın aprelin 6-da mitinq qərarına Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab verdikdən sonra yenidən aprelin 20-də mitinq keçirmək barədə qərar qəbul edib.
Bakı şəhər İcra Hakimiyyəti Milli Şurasının fevralın 23-də, martın 2-də, aprelin 6-da, Müsavat Partiyasının martın 10-da və aprelin 7-də keçirmək istədiyi aksiyalara da razılıq verməyib.