Bakı Media Mərkəzi Azərbaycan bayrağını belə vəsf etdi - VİDEOÇARX

Baxış sayı:
3646

Bakı Media Mərkəzi 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə Dənizkənarı Bulvar İdarəsi üçün videoçarx hazırlayıb.
Videoçarxda Azərbaycanın suverenliyinin simvolu olan dövlət bayrağının əhəmiyyəti vurğulanır.
Layihənin reallaşdırılmasında məqsəd gənc nəsildə bayrağa sevginin və hörmətin aşılanmasıdır.
Videoçarx Azərbaycan Televiziyası, İctimai Televiziya və digər media orqanlarında nümayiş olunacaq.
Noyabrın 9-da seanslardan əvvəl kinoteatrlarda və paytaxtın müxtəlif nöqtələrində yerləşən monitorlarda yayımlanacaq.
Həmin videonu sizə təqdim edirik.