​Bakı MDB-nin istirahət üçün ən ucuz şəhərləri sırasında

Baxış sayı:
4432

Ekspertlər MDB məkanında payız istirahəti üçün ən ucuz şəhərlərin siyahısını təqdim ediblər.
Muxalifet.az Ria Novosti agentliyinə istinadən xəbər verir ki, bu siyahıya Minsk, Astana və Bakı liderlik edir.
Şəhərlərin reytinqinin 2018-ci ilin payız ayları üçün təşkil edilən turlara görə müəyyənləşdirilib.
Bu siyahıya onlarla şəhər daxil edilib. Turistlərin bu şəhərlərdə əsasən üç gün qaldıqları və bu müddətdə yaşayış və yemək xərclərinə 30-80 dollar xərclədikləri müəyyənləşib.
Rusların istirahət günlərində şopinq üçün ən çox tərcih etdikləri şəhərlər isə Bakı və Astanadır.
MDB-də ölkələrində büdcə üçün ən ucuz turlar isə Qırğızıstan və Özbəkistana təşkil edilir.