Bakı marafonunun qadın qalibi danışdı

Baxış sayı:
667

Bakıda 2017-ci və 2018-ci illərdə keçirilmiş marafonlarda yarışı ikinci pillədə başa vurmuşdum. Bu il Bakı marafonunda qalib gəlmək istəyirdim. İstəyimə nail oldum və finişə birinci çatdım. Gələn il paytaxtınıza yenidən gələcəyəm. Bu idman növü ilə peşəkar səviyyədə məşğulam. Mən əvvəllər Polşada və ABŞ-ın Detroyt şəhərində keçirilmiş marafonlarda qalib olmuşam. Belə möhtəşəm yarış təşkil etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm.
Muxalifet.az xəbər verir ki, bu fikirləri azərtac-a müsahibəsində “Bakı Marafonu 2019”da birinci yeri tutan ukraynalı iştirakçı Valentina Poltavskaya söyləyib.
2015-ci ildə Xarkovda keçirilmiş Ukrayna marafonun qızıl mükafatçısı olduğunu bildirən V.Poltavskaya deyib:
“Hələ ilk dəfə Bakıya gələndə buranı çox bəyənmişdim. Xalqınız çox qonaqpərvərdir, burada çoxlu dostlarım var. Bakı çox gözəldir, insanları isə mehribandır”.
Xatırladaq ki, ukraynalı V.Poltavskaya “Bakı Marafonu-2019”da qadınlar arasında yarışda fəxri kürsünün ilk pilləsində yer alıb. 2017-ci ildə Gəncədə keçirilmiş marafonda da qadınlar arasında birinci yeri tutub.