Bakı kommunistləri Nərimanovun abidəsi önünə toplaşdı - FOTO

Baxış sayı:
14335

Azərbaycan Kommunist Partiyasının üzvləri yazıçı-publisist Nəriman Nərimanovun anadan olmasının 149-cu ildönümünü münasibəti ilə onun Bakı şəhərində yerləşən abidəsini ziyarət ediblər.
Abidə qarşısında çıxış edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov Nərimanovun həyat və siyasi fəaliyyəti haqda danışıb.
İştirakçılar N.Nərimanovun abidəsi önünə əklil və qərənfil dəstələri qoyublar.
Nəriman Nərimanovun 149-cu ildönümü ilə əlaqədar tədbirlər
AKP-nin respublikada fəaliyyət göstərən bütün rayon-şəhər təşkilatlarında qeyd olunub.