"Bakı İrəvandan qisas almalıdır" – Millət vəkili

Bakı İrəvana göstərməlidir ki, ermənilərin bu həyasızlığı belə davam edə bilməz və son təxribatları cavabsız qalmayacaq.
 
Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində Ramin Yusifovun yaralanması ilə bağlı danışan millət vəkili Fazil Mustafa deyib.
“Ermənilər mülki insanlarımıza qarşı bu cür əməllər törədirlərsə, artıq bu istiqamətdə sərt addımlar atmalıyıq. Dinc Azərbaycan sakinini hədəfə alan ermənilərə eyni hissi yaşatmalıyıq. Qoy anlasınlar ki, Azərbaycanla bu cür danışmaq olmaz. Zənnimcə, Azərbaycan Müdafiə Nazirliyi bu istiqamətdə konkert addımlar atmalıdır. Çünki bu hadisələrdə qisasın önəmi var. Bakı İrəvana göstərməlidir ki, ermənilərin bu həyasızlığı belə davam edə bilməz və son təxribatları cavabsız qalmayacaq”, - millət vəkili bildirib.