Bakı ilə bu layihələrlə bağlı mühüm işlər görürük - Nazir

Baxış sayı:
5392

Gürcüstan Transxəzər qaz kəməri, TANAP və TAP layihələrinin inkişaf etdirilməsi ilə bağlı Azərbaycanla birgə əhəmiyyətli işlər həyata keçirir.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Natia Turnava parlamentin İqtisadi siyasət komitəsində dinləmələr zamanı bildirib.
Nazir deyib ki, diversifikasiya və digər təbii qaz mənbələri ilə bağlı da işlər həyata keçirilir: “Söhbət Türkmənistan qazından gedir. Türkmənistan təbii qazın Avropa ölkələrinə çatdırılmasında maraqlıdır. Buna görə də biz bölgədə həyata keçirilən təbii qaz layihələrinin inkişaf etdirilməsi istiqamətində vacib addımlar atırıq”.