Bakı-Gəncə sürət qatarı yolda qaldı - Qatarı Bakıya teplovozla gətirdilər - YENİLƏNİB

Baxış sayı:
10609

Bakı-Gəncə sürət qatarı yolda dayanıb. Hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.
 
Muxalifet.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb. Bu səbəbdən qatarı Bakıya gətirmək üçün teplovoz göndərilib. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.

***12:42

Bakı-Gəncə sürət qatarı YOLDA QALDI: Sərnişinlərlə kobud davranış…

Bakı-Gəncə sürət qatarı yolda dayanıb.
Muxalifet.az Minval.info-a istinaden xəbər verir ki, hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib. 20 dəqiqə dayanan qatar sonradan hərəkətini davam etdirib.
Saytımıza bu barədə məlumat verən və hazırda qatarda olan sərnişinlər deyiblər ki, vaqonlarda isitmə sistemi normal işləmir: “Qatar yolda qaldı. 20 dəqiqə yolda qaldıqdan sonra enerji gəldi qatar hərəkətə başladı. Vaqonların içərisi buz kimi oldu. Hamı kurtkada, papaqda oturub.
Bu azmış kimi kondisioner sistemini tənzimləyə bilmirlər, yuxarıdan buz kimi hava üfürür. Bir neçə dəfə sərnişin olaraq irad bildirdik, amma ciddiyə almadılar. Ən sonda qatarın maşinisti gəldi və kobud səslə dedi ki, “Kimin xoşu gəlmir yerini dəyişsin”. Kobud danışa-danışa getdi yerinə. Bələdçi xanımlardan ad və soyadını soruşsaq da cavab verməkdən imtina elədilər.