​Bakı Formula 1-ə hazırdırmı?

Baxış sayı:
4198

Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işlərinin 90 faizi başa çatıb. Pit və komanda binaları, eləcə də qarajlar yarışa tam hazırdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri aprelin 20-də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, tribunalarla bağlı işlərin 95 faizi yekunlaşıb. Qalan işlər də növbəti günlərdə tamamlanacaq. Bizi bir həftə sonra çox gözəl yarış gözləyir və hamı Bakı küçələrində sürücülərin mübarizəsinə şahid olacaq. Ötən il olduğu kimi, trekin düşdüyü mərkəzi küçələr nəqliyyatın hərəkəti üçün bağlanacaq.T.Butçer qeyd edib ki, dəniz və hava yolu ilə gələn bütün yüklər artıq Bakıya çatıb. Gələn həftənin əvvəlində Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri Bakı trekinə baş çəkib, inspeksiya işlərini həyata keçirəcəklər. Bakı treki standartlara uyğundur və yağışlı, eyni zamanda, küləkli hava şəraitinə hazırdır.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 27-29-da keçiriləcək.