Bakı çimərliyində qadın bıçaqlanıb

Hadisə Suraxanı rayonunda qeydə alınıb
 
Bakıda çimərlikdə orta yaşlı qadın bıçaqlanıb.
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Hövsan qəsəbəsində çimərlik ərazisində 36 yaşlı Gülnarə Vanyagina naməlum şəraitdə sol bud nahiyəsinə bıçaqla xəsarətlər yetirilib. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onu əməliyyat ediblər hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Hadisə ilə bağlı Suraxanı rayon polis idarəsinin 30-cu polis bölməsinə məlumat verilib.
Polis araşdırmaya başlayıb.