​“Bakı Bus” avtobusu qəza törətdi: BİR QADIN ÖLDÜ

Baxış sayı:
5305

Bakı Bus MMC-nin 3 nömrəli avtobusu ölümlə nəticələnən qəza hadisəsi törədib.
Hadisə şahidlərinin axar.az-a verdiyi məlumata görə, hadisə “Koroğlu” parkı ərazisi tərəfdə baş verib. Təxminən səhər 11 radələrində yolu keçmək istəyən 50 yaşlarında xanımı 3 nömrəli avtobus vurub. Qəza nəticəsində hələlik adı məlum olmayan piyada dünyasını dəyişib.
Faktı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev təsdiqləyib. Bildirib ki, hadisə ilə bağlı məlumat veriləcək.