​Bakı bulvarında intihara cəhd – YENİLƏNİB

Dənizkənarı Milli Parkın ərazisində özünü dənizə ataraq intihara cəhd edən şəxsin kimliyi məlum olub.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində həmin şəxsin Abşeron rayonu Masazır qəsəbəsinin sakini Vüsal Şahlar oğlu Alpənahov olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
 
*** 09.30
 
Bakı şəhərinin Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1200 m aralıda, nəzarətsiz ərazidə) 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.
Xilasedicilər tərəfindən intihara cəhd edən və onu xilas etmək istəyən 2 nəfər xilas edilib.