Bakı bulvarında DƏHŞƏT: İnsanların gözü qarşısında... – ÖLƏN VAR

Baxış sayı:
2428

Bakıda intihar hadisəsi baş verib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, dünən saat 22 radələrində Daxili İşlər Nazirliyinin 102 – qaynar xəttinə Dənizkənarı Milli Park ərazisindən bir nəfərin özünü dənizə ataraq intihar etməsi ilə bağlı məlumat daxil olub. Hadisə şahidləri bildiriblər ki, 35-40 yaşlı kişi “Park Bulvar” ticarət-əyləncə mərkəzinin yanında özünü suya atıb. O, suda boğularaq gözdən itib.
Müraciət əsasında polis xilasetmə qüvvələrinə məlumat verib və gecə saatlarında FHN-in əməkdaşları əraziyə gələrək meyiti sudan çıxarıb.
Hazırda intihar edən şəxsin kimliyinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.