​Bakı avtobusunda gözlənilməz “palçıq vulkanı” – HADİSƏ ARAŞDIRILIR - VİDEO

Baxış sayı:
688

Xırdalan şəhəri ilə Memar Əcəmi metrostansiyası marşurut xətti üzrə hərəkət edən 119 saylı sərnişin avtobuslarından biri yararsız vəziyyətə düşüb.
ONA-nın əməkdaşının çəkdiyi videodan görünür ki, avtobus qəza vəziyyətindədir və sərnişinlərin həyatı üçün ciddi təhlükə doğurur. Buna baxmayaraq, istifadəyə yararsız avtobuslarla sərnişin daşınması həyata keçirilir.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, bu kimi hallar qəbuledilməzdir: “Sərnişin avtobusunun bu vəziyyətdə idarə olunması Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiqlənən tələblərə tamami ilə ziddir və problem dərhal aradan qaldırılmalıdır. Məsələ ilə bağlı xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən "Xaliq Faiqoğlu" MMC-yə xəbərdarlıq olunacaq. Qısa vaxtda bu xətt üzrə sərnişindaşıma prosesi bütünlüklə həmin tələblərə tam uyğunlaşdırılmalıdır. Ümumilikdə isə bildirim ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində fəaliyyətini qanunun tələblərinə uyğun qurmayan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq”.
“Xaliq Faiqoğlu” MMC-dən isə bildirilib ki, problem araşdırılacaq: “Görüntülərdən hadisənin hansı avtobusda çəkildiyi dəqiq bilinmir. Bununla belə, məsələ araşdırılacaq və müvafiq tədbirlər görüləcək”.