Bakı-2019: Cüdoçumuz da qızıl qazandı

Baxış sayı:
5608

İyulun 24-də Azərbaycan cüdoçusu Turan Bayramov Avropa Gənclər Olimpiya Festivalında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
Muxalifet.az xəbər verir ki, idmançımız finalda rusiyalı Rizvan Maqomedova ipponla qalib gələrək çempion olub.
T.Bayramov finala gedən yolda Adam Saferini (Avstriya), yunanıstanlı Mikis Tontimidisi məğlub edərək yarımfinala yüksəlib. O, həlledici qarşılaşmaya vəsiqə uğrunda türkiyəli Muhammed Demireli məğlubiyyətə uğradıb.
Bu çəki dərəcəsində bürünc medalları türkiyəli Muhammed Demireldən üstün olan kiprli Georgios Balarcişvili və yunanıstanlı Mikis Tontinidisə qalib gələn estoniyalı Vilyar Lipard layiq görülüblər.