“Bakı 2015”də iştirak edən boksçu öldü - FOTO

Baxış sayı:
773

Rusiyalı boksçu Maksim Dadaşav ABŞ-da Sabriel Matias ilə keçirilən döyüşdən sonra ölüb.

Muxalifet.az xəbər verir ki, 28 yaşlı idmançının ölümünə görüş zamanı başından aldığı ciddi zərbələr səbəb olub.

Belə ki, o, rəqibi ilə döyüşdə başından zərbələr alıb və görüşü 11-ci raundda dayandırmalı olub. Halı pisləşən rusiyalı boksçu xəstəxanaya çatdırılıb. Komaya düşən idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub.