“Bahasını ağır ödəyirlər... Neyrab aeroportunu yerlə bir etdik. 135 tank, 8 vertolyot, 2557 rejim əsgəri və dəstəkçiləri...” - ƏRDOĞAN

Baxış sayı:
1545

Türkiyə prezidenti R.T.Ərdoğan bu günkü çıxışında 34 türk əsgərinin ölümünə səbəb olan hücumdan sonra İdlibdəki vəziyyətdən danışarkən “Bunun bahasını bizə çox ağır ödəyirlər” deyib.

Ərdoğan söyləyib: “İndiyə qədər 135 tank, 22 zırehli texnika, 45 top, 44 Reaktiv Yaylım Atəş Sistemi, 5 hava müdafiəsi rampası, , 12 tankvuran, 4 mortir, 29 ədəd pikaba birləşdirilmiş təyyarə vuran, 1 PUO, 8 vertolyot, 7 sursat rampası, 24 zırehlı avtomobil, 9 anbar, 2 təyyarə, 2 raketrampası və 2557 nəfər rejim hərbçisi və onlarla birlikdə onları dəstəkləmək üçün bu döyüşlərə qoşulan şəxslər... məhv edilib.

Hər bir şəhidimizə görə onlarla rejim əsgərini zərərsizləşdirməklə onlara çox ağır əvəz ödədirik.

Bildiyiniz kimi, dünən Neyrab hava limanını da yerlə yeksan edib yararsız vəziyyətə saldıq.

Meydandakı mübarizə ilə yanaşı, bütün diplomatik kanallardan da istifadə edəcəyik”.

“Cümə axşamı günü  Moskvaya gedərək cənab Putin ilə bu məsələni müzakirə edəcəyik”.

Hurriyyet.org