Bahalı tətillər, lüks yaxtalar... - 30 yaşlı qadın şirkət rəhbəri bir anda həyatının ŞOKUNU YAŞADI - FOTOLAR

Baxış sayı:
10174

Lüks tətilləri və yaşayış tərzi ilə İnstaqramda fenomen olan Stefanie Nelson bir anda həyatının şokunu yaşayıb. Publika.az xəbər verir ki, Nelson bahalı yaxtası ilə İngiltərənin Dartford çayında üzərkən polis qəfildən onu saxlayıb. Yaxta hər küncünə qədər axtarılıb. Lakin şübhəli heç bir şey çıxmayıb. Ta ki, yaxtanın motorunun üzərindəki maqnitli pəncərə açılana qədər. Polis sözügedən yerdən 15 kq saf kokain aşkar edib. Kokainin bazar dəyəri 1,5 milyon funt sterlinqdir. Gözəllik terapisti olan Stefanie Nelson İngiltərənin Qriter Mançester şəhərinin Vilmslov qəsəbəsində yaşayır. Deyilənə görə, “Porsche Cosmetics Ltd"nin sahibidir. Eyni zamanda tibb bacısı ixtisası üzrə təhsil alır. O, hazırda kokain tədarükçüsü olmaqda ittiham edilir. Məhkəmə iddia edir ki, Nelson evindən Meydstone bölgəsi yaxınlığındakı kənd barına kokain almaq üçün yola çıxıb. İddiaya görə, Nelsin Qriter Mançesterdə aylığı 2400 dollarlıq evdə kirayə yaşayır. Stefanienin son dərəcə sofistik və heklənməsi mümkün olmayan “BQ Aquaris” markalı telefonu var. 30 yaşlı qadın 7 yaşında oğul övladına sahibdir. İkincisinə isə hamilədir.