​Bağdaddan kürd muxtariyyətinə qarşı SƏRT ADDIMLAR

Rəsmi Bağdad Ərbilin 26 illik muxtariyyətinə son qoymağa hazırlaşır.
Muxalifət.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İraqın baş naziri Heydər əl-İbadinin sözlərinə görə, Şimali İraq Kürd Muxtariyyətinə qarşı atılacaq addımlar dəqiqləşib.
Bu addımlar aşağıdakılardır:
- Ölkənin bütün sərhəd-keçid məntəqələri Bağdadın nəzarətində olacaq
- Ərbil və Süleymaniyyə hava limanları mərkəzi hökumətə təhvil veriləcək.
- Türkiyəyə uzanan neft boru kəməri Bağdadın nəzarətində olacaq. Muxtariyyət xaricə birbaşa neft sata bilməyəcək.
- Muxtariyyətin büdcəsinə mərkəzi hökumət tərəfindən nəzarə ediləcək.
- Peşmərgə ya İraq Silahlı qüvvələrinin bir hissəsi olacaq, ya da ixtisar ediləcək./publika.az/