Bağdaddan İran qərarı: ABŞ-a icazə verməyəcəyik

Baxış sayı:
4675

Bağdad heç bir halda ABŞ-ın İrana hərbi zərbə endirilməsi üçün İraq ərazisindən istifadə etməsinə imkan verməyəcək.
Muxalifet.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində İraq Prezidenti Bərham Saleh deyib.
“Biz istəmirik ki, ərazimiz hansısa düşmən fəaliyyətləri üçün meydana çevrilsin. Bu, İraq və ABŞ hökumətləri arasında razılaşmanın tərkib hissəsi deyil. Biz həqiqətən ABŞ-la İran arasında eskalasiyadan və onun İraq üçün doğuracağı nəticələrdən narahatıq”, – deyə o bildirib.