Bağdadda məsciddə partlayış - ÖLƏNLƏR VAR

Baxış sayı:
9343

İraqın paytaxtı Bağdad şəhərində məsciddə törədilən bomba partlayışı nəticəsində azı 10 nəfər ölüb, 30-dan çox yaralı var.

Rusiya KİV-ləri xəbər verir ki, paytaxtın şərqindəki Bələdiyət bölgəsində meydana gələn partlayış polis nümayəndələrinin sözlərinə görə, terrorçu-kamikadze tərəfindən törədilib.

Yaralıların bir çoxunun vəziyyəti ağır olduğu üçün qurban sayının arta biləcəyi də qeyd olunur.