​Bağdad Türkiyə və İranı Kürdüstan Muxtariyyəti ilə ticarəti dayandırmağa çağırdı

İraq hökuməti Türkiyə və İranı Şimali İraq Kürdüstan Muxtariyyəti ilə ticarəti dayandırmağa çağırıb.
APA-nın verdiyi məlumata görə, İraq Xarici İşlər Nazirliyi yazılı bəyanatında Türkiyə v İranın Şimali İraqdakı sərhəd-keçid məntəqələrini bağlamasını da istəyib.
İraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri rəsmi Əhməd Mahcur müraciətin Türkiyə və İranın Bağdaddakı səfirliyinə təqdim olunduğunu bildirib.