Bağdad Peşmərgəyə BİR NEÇƏ SAAT VAXT VERDİ – ÖNCƏKİ SƏRHƏDLƏRƏ SIXIŞDIRILACAQ

 Bağdad rəhbərliyi IKBY-ni 2003-ci ildən əvvəlki sərhədlərə qayıtmasını tələb edib.
 
İraq Kürd Regional Rəhbərliyinin (IKBY) qeyri-qanuni referendumu sonrası mübahisəli bölgələrdə nəzarəti təmin edən İraq mərkəzi rəhbərliyi, Peşmərgənin 2003-ci ildən əvvəlki sərhədlərinə geri qayıtmasını istəyir.
 
 PEŞMƏRGƏYƏ 2003-cü il SƏRHƏDLƏRİNƏ GERİ DÖN ÇAĞIRIŞI
 
 Baş nazir Heydər əl-ibadİ 3 gün əvvəl şimaldakı bütün hərbi irəliləyişi 24 saatlığa dayandırma qərarı alıb.
İbadi qərarının səbəbini də Ərbil ilə qarşıdurma baş vermədən Peşmərgənin bütün mübahisəli ərazilərdən çəkilməsi və sərhəd qapılarını təslim etməsi kimi açıqlayıb. Bağdad bu qərarla Peşmərgənin köhnə rejim dövründə olduğu kimi, "mavi xətt" - deyə bilinən 2003 ili öncəsi sərhəd xəttinə geri qayıtmasını istəyir.
İraq baş qərargahının rəisi Osman Gani iclas çıxışında bölgədəki bəzi mətbuat orqanlarına verdiyi açıqlamada, "Peşmərgənin 2003 il öncəsi sərhədlərinə qayıtması lazımdır. IKBY heyətinin önümüzdəki saatlarda rəsmi qərarını bizə telefonla bildirməsi lazımdır. Bildirməsələr o zaman fikrimiz başqa olur", deyib.


 
2003 SƏRHƏDLƏRİ NEFT BÖLGƏLƏRİNİ EHTİVA ETMİR
 
Bağdadın Peşmərgənin çəkilməsini istədiyi 2003 il öncəsi sərhədləri isə Ərbil, Süleymaniyyə, Duhok və Haləpçə şəhərlərini əhatə edir.
 Peşmərgə 2003-cü ildən sonra öz sərhədlərini aşaraq, Mosulun şimalinda Kərkük və cənubi şərqdən də Diyala vilayətinə bağlı bir çox kənd və qəsəbədə nəzarəti ələ keçirmişdi.
 Bağdad Peşmərgənin 2003 il öncəsindəki sərhədi xaricində qalan Mosuldakı Mahmurla yanaşı, Hamdaniye, Tilkeyf, Şeyhan və Sincar, Rabia ilə Kərkükə bağlı Dakuk, Tuzhurmatu ilə Diyalaya bağlı Hanek-in, Beledruz, Bedre, Celevla və Mendeli kimi bölgələrin nəzarətini ələ keçirərək, buradakı dövlət qurumlarında olan IKBY bayrağını endirib yerinə İraq bayrağını asmışdı.
 
PEŞMERGE MÜBAHİSƏLİ BÖLGƏDƏN PÜSKÜRDÜLDÜ
 
Bağdad rəhbərliyi tərəfindən qəbul edilməyən qeyri-qanuni referendumun ardından İraq qüvvələri Kərkük və cənubundakı regionlarla, Mosul və ona bağlı bir çox mübahisəli regionda təhlükəsizliyi təmin edərkən Peşmərgənin də buralardakı varlığına son verdi.
 
 IKBY-nin NEFT TƏŞƏBBÜSÜ
 
 Peşmərgə terror təşkilatı İŞİD-in 2014 hücumlarından istifadə edərək Kərkükdəki hərbi baza və neft quyularını ələ keçirmişdi.
 Mərkəzi idarəetmə, IKBY-nə bağlı Peşmərgələrin 2003 ildən sonra nəzarətini ələ keçirdiyi Kərkükdəki Bəy Həsən və Ata Gürgür kimi mühüm neft yataqlarının nəzarətini də təmin edərək, Kürdüstan Demokratik Partiyasının (KDP) buradan etdiyi neft ixracını dayandırıb, gəlirlərini də başlaması gözlənilən ixracla öz büdcəsinə daxil edəcək.
Qeyd edək ki, Bağdad rəhbərliyi İraqdan boru kəmərinin yenidən bərpa olunub, istifadə edilməyə başlanacağını bildirmişdi.
Müxalifət.az