Bağçada uşaqları döyən tərbiyəçiyə ŞOK CƏZA

Baxış sayı:
6496

"Kids Studio" Uşaq Mərkəzinin tərbiyəçisi Firuzə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hökmə əsasən, Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 133.2.1-ci (işgəncə vermə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (işgəncə vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, bu il iyununun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzinin bağçasında uşaqlar tərbiyəçi tərəfindən zorakılığa məruz qalıb.

Bu barədə video görüntülər sosial şəbəkədə yayılandan sonra cinayət işi açılıb.

Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.

Görüntülər ictimailəşdikdən sonra Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri “Kids studio” uşaq bağçasında olub.

Bağçanın müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

Məlum olub ki, tərbiyəçi Firuzə Tağıyeva üç uşağa işgəncə verib.

Araşdırma aprılması üçün Nigar Müseyibova və Firuzə Tağıyeva Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə dəvət olunub.

Dindirilmə zamanı Firuzə Tağıyevanın bağçada uşaqlara işgəncə verməsi sübuta yetirilib.

Rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib./teleqraf/