​Badamdardakı sürüşmə ərazisində SON VƏZİYYƏT - Açıqlama

Baxış sayı:
799

Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaratdığı Qərargahın saat 9:00-a olan məlumatında deyilir. "Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb", - deyə ETSN-in mətbuat xidmətindən bildirilib. Bundan əvvəl Qərargah üzvlərinin ərazidə növbətçilik əsasında müşahidələr apardığı qeyd edilmişdi./Publika/