“Badamdarda uçqun evlərə doğru davam edir” - Əziz Qaralov

Baxış sayı:
9907

Badamdar sürüşmə sahəsində aktivlik qalmaqdadır. 
Muxalifet.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov deyib.
Onun sözlərinə görə, hazırda sürüşmə sahəsindəki dik qalmış torpaq qatında xırda uçqunlar müşahidə edilir: “Qoyduğumuz gips mayaklarda dəyişiklik hiss olunmur. Dik qalmış torpaq qatında xırda uçqunlar olur ki, bu da təbiidir. Evlərin hasar divarları qırılma qaşının yaxınlığında yerləşir, onların bəzilərində çatlar müşahidə edilir və uçqun o istiqamətdə davam edir. Yağışlar intensiv olarsa, asılı vəziyyətdə qalan torpaq qatı bir az da ağırlaşacaq və nəticədə uçqunlar bir az da sürətlənəcək”.