Bacısını görüşdüyü üçüncü kişinin evində yaxaladı və... - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ

Baxış sayı:
2005

Bakıda qətl törətməkdə təqsirli bilinən Ağdam rayon sakini, 1977-ci il təvəllüdlü Elşad Davudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Elşad Davudov öz bacısı Turanə Davudovanın onun razılığı və icazəsi olmadan üçüncü dəfə ərə getmək istəməsini və Asif adlı şəxslə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamasını eşidib.Bacısının sevgilisindən ayrılmasını tələb etdi

O, bacısının bu hərəkətini rüsvayçılıq kimi qəbul edib, onunla söhbət edib və həmin münasibətlərə son qoyaraq evə qayıtmasını tələb edib.

Turanə isə Davud ilə razılaşmayıb və ata evinə qayıtmayıb. Turan Asiflə qeyri-rəsmi yaşamağa davam edib ki, bu da onun xoşuna gəlməyib. O, bacısını öldürmək qərarına gəlib.

Silahlandı və bacısının mənzilinə gəldi

Belə ki, Davud 17 aprel 2016-cı ildə, günorta saat 15 radələrində idarə etdiyi “Mercedes” markalı avtomaşından götürdüyü bıçaqla silahlanıb. O, sonra Turanənin kirayədə yaşadığı Nizami rayonu Naxçıvanski küçəsindəki mənzilə gəlib.

Bu zaman Elşad mənzildə bacısı ilə qeyri-rəsmi münasibətdə olduğu Asifin oradan getməsini, bacısı ilə təklikdə söhbət edəcəyini deyib. Onun təkidi ilə Asif mənzili tərk edib.

Bacısını yumruqla döydü

Daha sonra Turanəni üç azyaşlı övladı digər otağa keçiblər. Onlar digər otağa keçdikdən sonra Davud Turanədən Asifdən ayrılaraq evə qayıtmasını yenidən tələb edib. Turanə isə qardaşına kobud cavab verib.

Bundan əsəbləşən Davud bacısının baş nahiyəsindən bir neçə dəfə yumruqla vurub. Turanənin qışqırıq səsinə digər otaqda olan uşaqlar gəlib.

Bu vaxt Davud bacısının uşaqlarından mənzildən çıxmalarını, binanın qarşısında onu gözləmələrini tələb edib. Onlar mənzildən çıxdıqdan sonra Davud bir daha Turanədən ər-arvad münasibətlərində yaşadığı şəxsdən ayrılıb, evə qayıtmasını tələb edib.

Bıçağı bacısının ürəyinə sancdı

Turanə isə yenə də onun sözlərinə əhəmiyyət verməyib, şəxsi həyatına qarışmamağı qardaşından tələb edib. Bacısının bu sözlərindən hiddətlənən Davud qisas almaq üçün onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Davud özündə olan bıçaqla Turanənin ürək nahiyəsinə sancıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Elşad Davudovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

9 il cəza aldı, narazı qaldı

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Elşad Davudov apelyasiya şikayəti verib. O, şikayətində bacısını qəsdən öldürmədiyini iddia edib. Barəsində olan hökmün dəyişdirilməsini, əməlini ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma kimi qiymətləndirilməsini xahiş edib.

Qatilin istəyi reallaşmadı

Elşad Davudov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının yüngülləşdirilməsini də istəyib.

Elşad Davudovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.

Bu qərardan narazı qalan Elşad Davudov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrliyilə baş tutan prosesdə kasasiya şikayəti araşdırılıb, sonda isə kasasiya şikayəti təmin edilməyib.