Bacılarının şəkillərini Facebook-da yayan oğlanı GÖRÜN NƏ ETDİLƏR - QİSAS... - FOTO

Baxış sayı:
15766

Qəbilə qızı ilə fotosunu Facebook-a yükləyən gənc qətlə yetirilib.
Milli.Az "Sabah"-a istinadən xəbər verir ki, Ərzurumda Şahin Erhan (23) adlı gənc, eyni qəbilədən olduğu Filiz Erhan adlı qızla bir-birlərini seviblər. Evlənmək istədiklərini öyrənən qızın ailəsi bu evliliyə qarşı çıxıb.
Rədd edilməyi qüruruna sığışdırmayan gənc, intiqam üçün qızla olan fotolarını Facebook-da paylaşıb.

Üzlərinə "maska" taxan qızın qardaşları Şahin Erhanı küçənin ortasında güllələyiblər. Başına və sinəsinə tuş gələn güllə yarasından dərhal sonra yaralı hadisə yerindəcə can verib. 
İstintaq başlayıb.