​"Bacanaqlar"ın sonu gəldi… - “İstəyirəm kimsə desin ki, 500 min verirəm...”

Baxış sayı:
1090

10 ildir ATV-də yayımlayan "Bacanaqlar" serialı bu mövsüm bitir.
 
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, bu haqda "Zaurla Günaydın" verilişinə qonaq olan ekran işinin baş prodüseri, aktyor Elməddin Cəfərov deyib. O bildirib ki, yeni mövsümdə başqa layihə ilə tamaşaçı qarşısına çıxacaq:
 
"Bacanaqlar" serialı bu il tətilə gedir və geri qayıtmayacaq. Serialı bağlayıram. 10 ildir gedir. İstəyirəm kimsə desin ki, 500 min verirəm, görməyim bunu. Mən də rahatlıqla bağlayım. Yeni layihə üstündə çalışırıq".
 
Elməddinin oğlu isə "10 ildir eyni şeyi edir, bezdik artıq. Bağlasın" deyə, söyləyib.
 
Qeyd edək ki, Elməddin bundan əvvəl də Türkiyədə Eser Yenenlerin proqramında qonaq olan zaman "Bacanaqlar"ı bağlamağı düşündüyünü demişdi. Bu dəfə isə aktyor qərarını qətiləşdirdiyini bildirib.