​Babək prospektində güclü yanğın – VİDEO

Baxış sayı:
6151

Ötən gün axşam saatlarında Bakının Babək prospektində güclü yanğın hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Hadisənin görüntülərini “qaynar xətti”mizə göndəriblər.
Hadisə Bakı şəhərinin Xətai rayonunda qeydə alınıb.
Belə ki, ümumi sahəsi 140 m² olan ikimərtəbəli binanın (1-ci mərtəbəsi yağdəyişmə sexi, 2-ci mərtəbəsi ofis kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 70 m² sahədə, orada olan “ZAZ” markalı minik avtomobilinin yanar hissələri və binanın plastik üzlüyü 30 m² sahədə yanıb.
Yanğın zamanı bitişik, ümumi sahəsi 110 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının plastik üzlüyü 20 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.
Binanın və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.