Babək prospektində AĞIR YOL QƏZASI: Yaralılar var

Baxış sayı:
10651

Bakıda gecə saatlarında ağır yol qəzası baş verib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, saat 23:50-də Nizami ayonu Babək prospektində 90 PK 857 dövlət qeydiyyat nişanlı “Lada Priora” və 49 BH 303 nömrəli “Mercedes” toqquşub.
Minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ağır xəsarət alıb. Yaralılardan 3-ü qadın, digər 3 nəfəri isə kişidir.
Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.