​Baba Vəziroğlunu sarsıdan ÖLÜM XƏBƏRİ

Baxış sayı:
4141

Tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun ailəsinə ağır itki üz verib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə şairin həyat yoldaşı Zəminə xanım məlumat verib. O bildirib ki, bacısının itkisi B.Vəziroğlunu dərindən sarsıdıb. “Pakizə xanım onun üçün ana əvəzi idi. Odur ki, bizim üçün bu barədə danışmaq ağırdır”. B.Vəziroğlunun xanımı bildirib ki, şairin bacısı keçən həftə ağır xəstəlikdən dünyasını dəyişib və İsmayıllı rayonunda - doğma ata yurdunda dəfn olunub. Allah rəhmət eləsin!