"B planı" işə düşdü - Zərif aylar öncə proqnozlaşdırdığı ssenaridən danışdı

Baxış sayı:
1342

Oman körfəzində neft tankerlərinə hücumlarda iştirakla bağlı ABŞ-ın ittihamları əsassızdır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif bildirib.

“ABŞ-ın hər hansı fakt və vasitəli sübutlarsız dərhal İrana qarşı ittihamları irəli sürmək imkanındməsi yalnız göstərir ki, “B komandası” (İran Ağ Evin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton, İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Əbu-Dabinin vəliəhdi şahzadəsi Məhəmməd bin Zeydi “B komandası” adlandırır. Tehranın fikrincə, ABŞ-ın İrana qarşı düşməncəsinə hərəkətlərini bu dördlük müəyyən edir –red.) “B planı”na keçir: Yaponiyanın baş naziri Sindzo Abenin həyata keçirdiyi təşəbbüslər də daxil olmaqla diplomatiyanı sabotaj etmək və İrana qarşı iqtisadi terrorizmi gizlətmək”, - Zərif tvitterdə yazıb.

“Mən məhz bir neçə ay əvvəl belə ssenari haqqında xəbərdarlıq edirdim: mən gələcəyi görən deyiləm, mən anlayıram ki, “B komandası” nəyi rəhbər tutur”, - İranın xarici siyasət idarəsinin başçısı başqa tvitində yazıb.

Xatırladaq ki, ötən gün Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” adlı iki neft tankerinə hücum olub. Bəzi məlumatlara görə, gəmilərdə baş verən partlayışlar və yanğının səbəbi torpeda hücumudur. Ancaq bu versiya hələlik rəsmi təsdiqini tapmayıb.

Zərər çəkmiş gəmilərin bütün ekipajı İran ərazisinə təxliyyə edilib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, ABŞ Oman körfəzində tankerlərə hücumlara görə İranın məsuliyyət daşıdığını hesab edir.

"ABŞ hökumətinin fikri budur ki, İran məsuliyyət daşıyır”, - Pompeo Ağ Evdə jurnalistlərə deyib.

Bundan sonra İranın BMT yanında Daimi Nümayəndəliyi Oman körfəzində neft tankerlərinə hücumlarda iştirakla bağlı ABŞ-ın ittihamlarını qəti surətdə rədd edib.

"İran iyunun 13-də baş vermiş neft tankerləri hadisələri ilə əlaqədar ABŞ-ın əsassız ittihamlarını qəti surətdə rədd edir və onları qəti surətdə pisləyir", - deyə bəyanatda bildirilir.