BƏƏ-nin MƏKRLİ OYUNU POZULDU - Bu ölkə təhlükəsizlik əlaqəsini kəsdi...

Baxış sayı:
3136

Somali, ölkədəki dağıdıcı silahlı qrupları maliyyəşdirən BƏƏ ilə təhlükəsizlik əlaqəsini kəsərək 2014-cü ildə imzaladığı hərbi təlim razılaşmasını ləğv edib. BƏƏ tərəfindən hazırlanan əsgərlər ölkənin müxtəlif hərbi birliklərinə köçürülüb. Bu əsgərlər silah yoldaşları ilə mübahisələrə girir, bəzən də hətta silahlı münaqişələr baş verirdi.
 
Orta Şərq və Afrikada çirkli vəkalət müharibələri həyata keçirən BƏƏ-nin Somali ordusu üzərindəki nüfuzu artıq qırılır. Somali hökuməti, Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) Somali əsgərlərini təlim və maaşlarını ödəmə icazəsini ləğv edib. Somalinin müdafiə naziri Mohamed Mursal Sheikh Abdurrahman, Somali Milli Xəbər Agentliyinə (SONNA) etdiyi açıqlamada, "Hökumət olaraq “General Golden” düşərgəsində təlim verdiyi Somali əsgərlər də daxi,l Somali ordusundakı bütün əsgərlərin maaş ödəməsini biz həyata keçirəcəyik. BƏƏ-nin təlim verdiyi əsgərlər isə ordu içərisindəki fərqli birliklərə paylaşılıb".
 
MƏRKƏZİ BANKA KÖÇÜRÜLDÜ
 
“Aden Addə” Beynəlxalq hava limanında Dubaydan gələn təyyarənin içərisində ölkəyə gizlicə soxulmağa çalışılan pulun Somalidə kimə ya da hara verilməsi nəzərdə tutulduğu araşdırılır. İstintaq qurumlarında ələ keçirilən pulun istintaq bitənə qədər Somali Mərkəzi Bankına köçürüldüyü ifadə edilib. BƏƏ, pulun Somali əsgərlərinə maaş ödəmək üçün göndərildiyini iddia edib.
 
DUBAY ŞİRKƏTİ QOVULDU
 
Somali Federal Məclisində, 12 martdakı səsvermədə, muxtar Somaliland və Efiopiya səlahiyyətliləriylə Berbera Limanının işlədilməsinə dair müqavilə bağlayan Dubai mərkəzli DP World şirkətinin ölkədəki bütün fəaliyyəti qadağan edilib. Qərarda, DP World şirkətinin 3 limanın işlədilməsiylə əlaqədar anlaşmanın konstitusiyaya zidd olduğu, ölkənin birliyi və müstəqilliyinə qarşı təhdid təşkil etdiyi, buna görə etibarsız sayıldığı bildirilib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri təlim vermək adı ilə Somali ordusuna sızaraq ölkədə silahlı və silahsız dağıdıcı qruplara pul ötürürdü. Bunun bariz nümunəsi olaraq Somalidə bazar günü BƏƏ-dən gələn təyyarədə 9,6 milyon dollar pul ələ keçirilib.
Müxalifət.az