BƏƏ-nin hiyləgər Suriya planı! Gizlincə görüşüblər

Baxış sayı:
3613

Yaxın Şərqin çıbanbaşı olan Amerikan kuklası Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed, Əsəd rəhbərliyi ilə Abu Dabidə gizli bir görüş keçirib.
 
Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayedin, regional tərəfdaşı Səudiyyə Ərəbistanla birlikdə Yaxın Şərqdə “Müsəlman Qardaşları” hərəkatını və Suriyada İran varlığını hədəf alan bir layihə həyata keçirməyə başladığı iddia edilib. İddiaya görə, BƏƏ ilə Əsəd rejimi arasında Abu Dabidə geniş miqyaslı gizli danışıqlar aparıldığı bildirilib. ABŞ rəhbərliyi altında qurulacaq və İranı hədəf alacağı bildirilən Ərəb NATO layihəsi ilə eyni vaxtda danışıqların aparılması, Suriya rejimini də qurulacaq yeni regional ittifaqa daxil etmə səyi kimi şərh olunub. Abu Dabi rəhbərliyinin Əsəd rejimi ilə danışıqlarında əsas hədəfinin, ölkədəki dünyəvi Baas rejimini yenidən diriltmək və gücləndirmək olduğu qeyd edilir.
 
“Müsəlman Qardaşları”nı hədəf alacaq
 
BƏƏ ilə Əsəd rejimi arasında qurulacaq ittifaqın əsas hədəfinin, regionda geniş ictimai dəstəyə sahib olan “Müsəlman Qardaşlar” Hərəkatının (İhvan) fəaliyyətini əngəlləmək olduğu bildirilir. Əsəd rejimi az müddət öncə İhvan-la mübarizəni prioritet vəzifə elan edən bir qanun qəbul etmişdi. Məlum olduğu kimi, Ər-Riyad və Abu Dabi, Misirdə “İhvan” hərəkatına mənsub prezidenti Məhəmməd Mursiyə qarşı 2013-cü ildə həyata keçirilən hərbi çevrilişə və Sisi rejiminə tam dəstək vermişdi.
 
İran təsirini qırmaq istəyir
 
Abu Dabi və Ər-Riyad rəhbərliyinin ikinci hədəfi isə, Dəməşq üzərindəki İran təsirini qırmaqdır. İki paytaxtın 2011-ci ildən sonra Dəməşq rejiminin zəifləməsi ilə İran təsirinin ölkədə artdığını və əgər Dəməşq rejimi gücləndirilərsə, İran təsirinin də azalacağına dair düşüncələri bölüşürlər. Planın, ABŞ-ın İrana yönəlik təzyiq və mühasirəyə alma strategiyasının bir yan ünsürü olaraq gördüyü də bildirilir.
Müxalifət.az