BƏƏ-li nazir üçlü zirvəni həzm edə bilmədi: "ƏRƏB ÖLKƏLƏRİ STRATEJİ SƏHV ETDİ”

Baxış sayı:
3220

 Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər üzrə dövlət naziri Ənvər Məhəmməd Gargaş, Ərəb ölkələrinin Suriyanın taleyini Türkiyə, İran və Rusiyanı nəzərdə tutaraq, Ərəb olmayan ölkələrin əlinə tərk edərək strateji səhv etdiyini söyləyib.
 
“Ərəb Fikir Fondunun” təşkil etdiyi konfransda çıxış edən Gargaş, “Ötən həftə Rusiya, Türkiyə və İran liderlərinin qatıldığı bir toplantı keçirilib. Suriyalılar və Ərəb ölkələri sammitdə təmsil olunmadı. Ərəb ölkələri Suriya böhranında strateji səhvlər etdi. Ərəb Birliyi, çox daha böyük siyasi nüfuz ortaya qoymalıydı" deyib.
Ərəb dünyasındakı əsas mahiyyətin Ərəb olmasının lazım olduğunu müdafiə edən Gargaş, "Səudiyyə Ərəbistanı və Misir kimi böyük dövlətlər, digər Ərəb ölkələrinin dəstəyi ilə baş rolda olmalıdır. Ancaq bu ana qədər belə bir şey həyata keçirilmədi" deyə, əlavə edib.
Müxalifət.az