BƏƏ: “İranın qarşısında əlibağlı durmayacağıq”

Muxalifət.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Ənvər bin Məhəmməd Karkaş ölkəsinin İran və İranla əlaqədar qruplar qarşısında əlibağlı durmayacağını bildirib.
Husilər Riyada İran raketi atıblar
“Tasnim” agentliyi xəbər verir ki, Karkaş öz çıxışında İranı region ölkələrinin daxili işlərinə qarışmaqda və məzhəbçi siyasət yürütməkdə ittiham edərək deyib: “Ötən günlərdə İranın vəkili olaraq döyüşən husilərin İran istehsalı olan ballistik raket ataraq, Riyadı necə hədəfə almasının şahidi olduq. Bu, İranın raketləri təkcə özünü müdafiə məqsədilə istehsal etmədiyini göstərir”.
“ABŞ-ı dəstəkləyirik”
BƏƏ xarici işlər naziri beynəlxalq koalisiyanın birgə fəaliyyət göstərməsinə ehtiyac olduğunu deyib: “Biz ABŞ prezidenti Donald Trampın İrana qarşı bütün siyasətlərini var gücümüzlə dəstəkləyirik”.