BƏƏ-dən Ərəb Tayfalarına PKK təzyiqi

Baxış sayı:
4225

 Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriyada Rakka, Deyrizor və Hasekədəki Ərəb tayfalarına "PKK ilə əməkdaşlıq edin” deyə təzyiqi edir. Suriya Tayfalar Məclisinin sədri Rami əl Dos "BƏƏ və Səudiyyə mərkəzli kəşfiyyat işçiləri təhdid və təcavüzlərlə tayfa liderlərini PKK ilə əməkdaşlığa məcbur edir. Yaradılan saxta məclislərdə Qəndil heyəti də iştirak edir" deyib.
 
AYN İSA-da SAXTA MƏCLİS
 
Rami əl Dos terror təşkilatı PKK, ABŞ, BƏƏ və Səudiyyə Ərəbistanının işğal zonalarında Demokratik Suriya Məclisi adlı saxta qurumun yaradıldığını elan etdiklərini bildirib. Terror təşkilatının üst səviyyə şəxsləri tərəfindən idarə edilən saxta məclisin may ayının əvvəlində Rakkaya bağlı Ayn İsa rayonunda sözdə Suriyalı Tayfalar Konfransı keçirdiyini bildirən əl Dos, "Qəndil heyətindən Məzlum Kobani, İlham Əhməd, Saleh Müslüm və Əminə Umer kimi terror başçılarının iştirak etdiyi toplantı 2 gün davam edib" deyib.
 
XALQIN SƏRVƏTİNİ SÖMÜRÜRLƏR
 
Rami əl Dos belə davam edib: "ABŞ və Fransız təmsilçilərin də izlədiyi saxta konfransın iştirakçılarına BƏƏ-dən toplantı öncəsi sıx bir şəkildə “konfransa qatılın” təzyiqi edilib. Azezde elan edilən Qəbilə və Tayfalar Məclisi, PKK və tərəfdaşlarını ziyadə ilə qorxutduğu üçün və bölgədə artaraq davam edən etirazlar səbəbi ilə belə bir yola əl atdılar. Aramızda azad iradəmizlə güclü bir bağ və birlik yaratmışıq. Bu an xalqın bütün zənginliyi PKK tərəfindən istismar və talan edilir. Benzinin 1 litri Ərəblərə 150 Suriya Lirəsinə satılır, ancaq PKK-lı üçün bu qiymət 50 Suriya Lirəsinə satılır. Hansı üzlə Ərəb Tayfa Konfransı keçirirlər. Edilən sadəcə bir media şousundan ibarətdir".
 Müxalifət.az