​Azyaşlını vurub qaçan sürücü tutuldu

Baxış sayı:
4324

Xırdalan şəhərinin Nizami küçəsində idarə etdiyi avtomobillə yolu keçən azyaşlı M.Xəlilovu vuraraq hadisə yerindən yayınmış sürücü saxlanılıb
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Bildirilib ki, dünən saat 18 radələrində Xırdalan şəhərinin Nizami küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Məhəmməd Xəlilov vurulub və hadisə yerində ölüb. 
Abşeron RPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KamAZ” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Masazır kənd sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. 
Araşdırma aparılır.