Azyaşlılara siqaret və spirtli içki satan mağaza sahibləri cərimələndi - FOTOLAR

Baxış sayı:
622

Şəkidə azyaşlılara siqaret və spirtli içki satanlar barəsində tədbirlər görülür.

DİN Mətbuat Xidmətinin Şəki  regional qrupundan ATV.az-ın yerli bürosuna verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu məqsədlə tədbir keçirilib.
Reyd nəticəsində rayon ərazisində  mağaza və  köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat cərimə olunublar.

​Bu istiqamətdə reydlər davam etdirilir.