​“Azyaşlı uşağımızla 16 saat döşəmədə uzanılı qaldıq” - Tbilisidə xüsusi əməliyyat aparılan binanın sakinləri hələ də mənzillərinə buraxılmır

Gürcüstan paytaxtının sakinləri evdən çıxmağa imkan tapmamış xüsusi xidmət orqanlarının əməkdaşları terrorçuluqda şübhələndikləri şəxsləri yaxalamaq üçün binanı zəbt ediblər.
Muxalifət.az xəbər verir ki, Tbilisidə xüsusi xidmət orqanlarının əməkdaşları hələ də sakinlərin evlərinə girməsinə icazə vermirlər. Məlumata görə, hazırda hüquq-mühafizə orqanları hər mənzili xüsusi diqqətlə yoxlayırlar.
Sakinlər bildirib ki, onlar ötən gecəni həyəcan və qorxu ilə keçiriblər: “Kimin mənzillərini hədəfə aldılar, kimin yox, biz bilmirik. Amma bizə həyətdən avtomobillərimizi belə çıxarmağa icazə vermirlər. Olduqca dəhşətli gecə keçirdik”.
Binadakı gənc ailələrdən biri isə bildirib ki, atışma zamanı güllə dəyməsin deyə, onlar azyaşlı uşaqları ilə birgə 16 saat döşəmədə uzanmalı olublar.
Əməliyyat nəticəsində xüsusi xidmət orqanları şübhəli bilinənləri göz altına alıb, bir nəfərsə həbs edilib. Xüsusi təyinatlılar arasında yaralananlar var.