Azyaşlı qızı avtomobil vurub - ŞAMAXIDA

Uşaq ağır xəsarət alaraq Bakıdakı xəstəxanalarından birinə yerləşdirilib
 
Şamaxının mərkəzi küçələrindən birində azyaşlı qızı avtomobil vurub.
Hadisə 2008-ci il təvəllüdlü Məmmədova Nərmin Rövşən qızı yolu keçmək istəyərkən baş verib.
Nəticədə N.Məmmədova ağır xəsarət alaraq Bakı xəstəxanalarından birinə yerləşdirilib.
Faktla bağlı Şamaxı rayon Polis şöbəsində araşdırma aparılır.