Azyaşlı qıza təcavüz edən azərbaycanlı axtarışa verildi - FOTO

Rusiyanın hüquq-mühafizə orqanları azyaşlı qıza qarşı cinsiz zorakılıq etmiş azərbaycanlını beynəlxalq axtarışa verib.
 
12 yanvar 1992-ci il tarixində Lənkəran rayonunun Alekseyevka kəndində anadan olmuş Hüseynli Zeyd Tahir oğlu barəsində dövlətlərarası axtarış elan edilib.
Onun xarakterik əlamətləri və haqqında olan digər məlumatlar qırmızı xətlə açılmış bülletenə əlavə edilib. Z.Hüseynli yetkinlik yaşına çatmayan qıza qarşı törətdiyi ümumilikdə 3 epizoda görə təqsirli bilinir.
 Qeyd edək ki, 3 il əvvəl Z.Hüseynli Lənkəranda olarkən quldurluq cinayəti ilə üzləşib və tanışı onun videosunu çəkərək külli miqdarda pul tələb edib.