Azyaşlı övladını boğub öldürən ananın dəhşətli ETİRAFI - VİDEO

Baxış sayı:
11644

Rusiyada bir yaşındakı oğlunun ilk olaraq itkin düşdüyünü, sonra  iplə boğaraq öldürdüyünü etiraf edən ana ilə bağı polis istintaqa başlayıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, tətbiqat zamanı qadın övladını öldürmə anını ağlayaraq anladıb. O bildirib ki, övladına yemək ala bilmək pulu olmadığı və onun bir də aclıqdan ağlamaması üçün belə addım atıb. 

Bildirilir ki, Rusiya Federasiyasına bağlı Başqırdıstan Respublikasında yaşayan 2 uşaq anası Yuliya Habirova dörd gün əvvəl polisə  gedərək bir yaşlı oğlunun itdiyini söyləyib. 
Həyəcan üzərinə hərəkətə keçən təhlükəsizlik gücləri ananın özünü şübhəli apardığını müəyyən ediblər. Sorğuya çəkilən gənc qadın, körpəsini iplə boğaraq öldürdükdən sonra evinin bağçasına basdırdığını etiraf edib.  

Övladını necə öldürdüyün deyən qadın ağlaya-alaya "Bir daha heç ağlamaması üçün etdim. Ona yemək alacaq pulum yox idi" deyib.  Ananın göstərdiyi yeri qazan polis əməkdaşları körpənin ədyala sarılmış cəsədinə tapblar. 

Rusiya mətbuatına danışan qonşular hadisə baş verən zaman evdə olan Habirovanın beş yaşlı qızının psixoloqlara hadisə ilə bağlı belə danışdığını deyib:

"Anam o gün içki içmişdi, kqardaşım isə çox ağlayırdı, bir anda ağlaması kəsildi".